Çexiya və ABŞ arasında respublikaya Amerika qazının tədarükünü nəzərdə tutan sazişin yekun variantı üzrə razılıq əldə olunub.
Bu barədə ČTK agentliyi Çexiyanın Sənaye və Ticarət Nazirliyinin mətbuat katibi Tadeuş Provaznikə istinadən məlumat yayıb.
Agentliyin məlumatına əsasən, sənədin 2027-ci ilin birinci rübündə imzalanması planlaşdırılır. ABŞ-dan həyata keçiriləcək qaz tədarükünün Çexiyanın illik tələbatının 20 faizindən çoxunu təmin edəcəyi gözlənilir.
Razılaşmanın digər təfərrüatları barədə məlumat verilməyib.