Bu dəfə Əpl xidmətlərində kütləvi problem yaşanır

ABŞ-ın texnologiya nəhəngi Əpl şirkətinin bir sıra xidmətlərinin fəaliyyətində dünya miqyasında texniki problemlər yaranıb.

Yayılan məlumatlara görə, istifadəçilər “Əpl ID” hesablarına daxil olmaqda, “iCloud” bulud xidmətindən və “Əp Store” tətbiq mağazasından istifadə etməkdə çətinliklərlə üzləşiblər.

Nasazlıqlar “Əpl Pay”, “Əpl Music” və şirkətin digər platformalarına da təsir göstərib.