Salyanda avtomobil 89 yaşlı piyadanı vurdu - Video

Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Salyan–Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, 1937-ci il təvəllüdlü Allahverən Əliyev yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu