“Mançester Yunayted” almaniyalı futbolçuya "göz qoydu"

İngiltərənin “Mançester Yunayted” klubu Almaniya millisinin və “Nyukasl”ın müdafiəçisi Malik Tiavı transfer etmək niyyətindədir.

Bu barədə “Sky Sport Germany” nəşri məlumat yayıb.

Bildirilib ki, “qırmızı şeytanlar” 25 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Lakin klub bunun üçün yüksək məbləğdə təzminat ödəməlidir. Çünki “Nyukasl” müdafiəçini 80 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, Malik Tiav cari mövsüm bütün turnirlərdə 10 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun İngiltərə klubu ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.