Azərbaycanlı gənc aktrisa vəfat edib

ƏSA Teatrının aktrisası Leyla Musayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bu barədə teatr məlumat yayıb.

Bildirilib ki, Leyla Musayeva 2025-ci ilin sentyabrından teatrın kollektivinə qoşulub. O, teatrın "Axtarış", "Hamlet" və "Paris Notr-Dam" tamaşalarında səhnəyə çıxıb.

Teatr kollektivindən qeyd olunub ki, Leylanın həyat uğrunda mübarizəsi, sənətə sevgisi və səhnəyə bağlılığı hər zaman ehtiramla xatırlanacaq.

Allah rəhmət eləsin!