ƏSA Teatrının aktrisası vəfat edib

ƏSA Teatrının “Aktyorluq laboratoriyası”nın üzvü olmuş Leyla Musayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə ƏSA Teatrı məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin sentyabr ayından teatrın kollektivinə qoşulan Leyla Musayeva “Axtarış”, “Hamlet” və “Paris Notr-Dam” tamaşalarında çıxış edib.