İşsizlərin nəzərinə - Dövlət Agentliyi əməkdaş axtarır

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Bu barədə qurumdan məlumat verilib.

Müsabiqədə feldşer ixtisası üzrə orta-ixtisas tibb təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vuran, yaşı 26-dək (əvvəllər ixtisası üzrə xidmət müddəti olanlar istisna olmaqla), boyu 1.80 santimetr və ondan hündür, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, Bakı və Sumqayıt şəhərlərində, Hacıqabul, Şirvan, Salyan, Yevlax, Ağdaş və Goranboy rayonlarında qeydiyyatda olmaqla yaşayan, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini nəzərə alaraq, müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır. İxtisası üzrə Silahlı Qüvvələrdə xidmət etmiş namizədlərə üstünlük veriləcəkdir.

İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə SOMDA-nın Kadrlar Baş İdarəsinin [email protected] ünvanına göndərməlidirlər.

"Yalnız yuxarıda qeyd edilən şərtlərə uyğun gələn vətəndaşların müraciət etməsi xahiş olunur. Digər halda qəbul edilməyəcəkdir.

Elektron ərizə forması göndərilərkən əlavə məlumat göndərilməsinə zərurət yoxdur", - Dövlət Agentliyindən bildirilib.