Qadınlar Leonardo DiKaprionun ad gününə avtobusla gəldilər

Məşhur aktyor Leonardo DiKaprio ad günündən bir neçə gün sonra 52 yaşını qeyd edib.

O Los-Ancelesin Beverli-Hills səmtində əsl ulduzlar paradına çevrilən möhtəşəm məclislə ad gününü qeyd edib.

Lakin gecədə təkcə dünyaşöhrətli qonaqlar olmayıb. Məclisə mikroavtobusla gələn bir qrup gənc xanım da fotoqrafların və ətrafdakıların xüsusi marağına səbəb olub.

Dəbli və cəsarətli geyimlərdə mikroavtobusdan enərək məclisə qatılan qadınların görüntüləri sosial şəbəkələrdə viral olub.

DiKaprionun ad günündə qonaqlar arasında "Love Island USA" realiti-şousu ilə məşhurlaşan Kortni Börner də olub. O, ağ rəngli və şəffaf detallı mini libası ilə gecənin diqqət mərkəzində yer alıb.

Hollivud ulduzu təkcə uğurlu rolları ilə deyil, illərdir müzakirə olunan sevgi münasibətləri ilə də tez-tez maqazin gündəmini zəbt edir.

Xüsusilə 25 yaşdan yuxarı qadınlarla münasibət qurmaması barədə formalaşan fikirlər aktyorun şəxsi həyatı ilə bağlı müzakirələrin əsas mövzusudur.

Hazırda Di Kaprionun adı 2023-cü ilin avqustundan bəri 28 yaşlı italyan model Vittoriya Çeretti ilə hallanır.

Qalereya