ABŞ-nin Nyu York ştatında 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunan şahmat turniri keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.
Bildirilib ki, turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, beynəlxalq dərəcəli şahmatçı Elvin Bağır-Pourun rəhbərlik etdiyi “Chess Father” şirkətinin təşkilatçılığı ilə baş tutub.
Açılış mərasimində Zəfər Gününün tarixi əhəmiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edilib.
İsveçrə sistemi üzrə keçirilən yarışda 50-yə yaxın şahmatçı mübarizə aparıb. Turnir 7 turdan ibarət olub və hər oyun üçün 15 dəqiqə vaxt ayrılıb.
Yarışda tanınmış qrossmeysterlər Maks Dluqi, Novik, Bauml Broderick, Ernest Koldinq və digər şahmatçılar iştirak ediblər. Bütün qarşılaşmalarda qələbə qazanan amerikalı şahmatçı Bauml Broderick turnirin qalibi olub.
Sonda qaliblərə kubok və pul mükafatları, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.