Antalya, 17 noyabr, AZƏRTAC Türkiyənin Antalya şəhərində keçirilən COP-31 çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ətraf mühit üzrə yüksəksəviyyəli iclası keçirilib.AZƏRTAC xəbər verir ki, “İstanbuldan Antalyaya: İqlim Tətbiqində D-8 Tərəfdaşlığı” mövzulu müzakirədə Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva təmsil edib. İclas iştirakçılarına səslənən COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum iqlim məsələsinin D-8 ölkələri üçün inkişaf, ədalət və yeni imkanlara çıxış məsələsi olduğunu qeyd edib.Nazir iyulun 16-17-də İstanbulda keçirilən D-8 ətraf mühit nazirlərinin 1-ci iclasının nəticələrini xatırladaraq deyib: “Müzakirələr nəticəsində qəbul edilən Bəyannamə ətraf mühit və iqlim sahəsində ortaq iradəmizi nümayiş etdirib. D-8 ölkələri arasında kənd təsərrüfatı, sənaye və enerji sahələrində birgə layihələr hazırlaya, mütəxəssislərimizi bir araya gətirərək “Birgə təşəbbüs hovuzları” yarada bilərik. D-8-in ədalət və əməkdaşlıq ideyasını birlikdə inkişaf etdirək”.İclasda üzv ölkələrin nümayəndə heyətləri Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) təqdim ediblər. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Antalya