Deputat Azər Allahverənov Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının özəl tibbi sığorta xidmətlərindən də istifadə edə bilməsi üçün əlavə imkanların yaradılmasını təklif edib.
Deputat bildirib ki, əvvəlki illərdə agentliyin əməkdaşları müxtəlif özəl sığorta şirkətlərinin xidmətlərindən yararlana bilirdilər. Hazırda isə onlar icbari tibbi sığorta çərçivəsində əsasən dövlət tibb müəssisələrinə müraciət etmək məcburiyyətindədirlər.
“Əvvəlki vaxtlarda özəl sığorta şirkətləri ilə əməkdaşlıq zamanı daha çevik müalicə və müayinə olunmaq imkanları var idi həmin kateqoriyadan olan şəxslərdə. Bu gün düşünürəm ki, bu məsələni də nəzərdən keçirməliyik”, – deputat bildirib.
Azər Allahverənovun sözlərinə görə, ANAMA əməkdaşları üçün özəl sığorta şirkətləri ilə müqavilələrin bağlanması da təmin edilməlidir.
O təklif edib ki, əməkdaşların bir qismi icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin, digər qismi isə özəl tibb müəssisələrinin xidmətlərindən yararlana bilsin.