Azərbaycanda evdar qadınlara bu halda 400 manat PUL VERİLƏ BİLƏR

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur.

ONN media xəbər verir ki, bununla bağlı "Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi nəticəsində həyat yoldaşının həmin ərazidə işlə təmin olunması mümkün olmadıqda, ona minimum aylıq əməkhaqqı məbləğində pul müavinəti ödənilməsi təklif olunur.

Qeyd edək ki, Azərbaycanda 2026-cı il üzrə minimum aylıq əməkhaqqı 400 manat miqdarındadır.