Ermənistanın Baş naziri Nikol Paşinyanın baraban ifa etdiyi “Varchabend” musiqi kollektivinə 1 milyon 337 milyon dollar ayrıla bilər.
Trend Ermənistan mediasına istinadən xəbər verir ki, qrupun gələn il müxtəlif tədbirlərdə çıxış etməsi üçün Ermənistan büdcəsindən 482 milyon dram (1,3 milyon dollar) vəsait nəzərdə tutulması iddia olunur.
Məsələ Ermənistanın 2027-ci il dövlət büdcəsinin müzakirələri fonunda diqqət çəkib.
Belə ki, 2027-ci il üçün Ermənistan Baş nazirinin Aparatının ümumi büdcəsi 24 milyard 250 milyon 396 min dram (təxminən 67,3 milyon ABŞ dolları) təşkil edəcək.
Qeyd olunur ki, Ermənistan Baş nazirinin Aparatının saxlanılması və fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan vəsait çərçivəsində “Varchabend” kollektivi üçün də vəsait ayrılması da planlaşdırılır.
Bundan əvvəl müxalif deputat Edqar Qazaryan Baş nazir Aparatının rəhbəri Lilit Makuntsdan musiqi kollektivinin fəaliyyətinə büdcədən vəsait ayrılıb-ayrılmadığını və üzvlərə ödənilən qonorarları soruşub. Lilit Makunts konkret məbləğ açıqlamayıb və deputata yazılı sorğu göndərməyi təklif edib.
Xatırladaq ki, Nikol Paşinyan 2026-cı ilin yanvarında “Varchabend” adlı musiqi qrupunun yaradıldığını elan edib. Baş nazir kollektivdə barabanda ifa edir və məşqlərdən görüntüləri sosial şəbəkələrdə paylaşır.