Özbəkistanda keçirilən toy mərasimində gözlənilməz hadisə yaşanıb.
Xarici mediaya istinadən, məclisdə çıxış edən müğənni ona pul vermək istəyən qonağın davranışına əsəbiləşərək musiqini dayandırıb. Müğənni qonağın hərəkətini hörmətsizlik kimi qiymətləndirərək ona sərt reaksiya göstərib.
Sənətçi qonağa müraciətlə bildirib: “Özünə gəl, hər yerdə ərköyünlük etmə. Həddini bil! Burada 5 min som verib istədiyin hər şeyi etdirə biləcəyini düşünmə, başa düşdün?”
Müğənni bununla kifayətlənməyərək həmin şəxsdən şikayət edə biləcəyini də söyləyib.
“Lazım gələrsə, səndən şikayət edərəm. Spirtli içki qəbul edib belə davranmaq olmaz. Özünüzü ələ alın. İçki içirsinizsə, yalnız dözə biləcəyiniz qədər için”, – müğənni xəbərdarlıq edib.
Müğənninin sərt reaksiyası toyda qısa müddətli gərginliyə səbəb olub. Qonağın sənətçiyə qarşı konkret hansı hərəkəti etdiyi isə açıqlanmayıb.