Əlavə vergi yükünün BAZARA TƏSİRİ: “Kiçik satıcıların fəaliyyətinə…”

“Əlavə vergi xüsusilə kiçik satıcıların fəaliyyətinə və bazardakı qiymətlərə müəyyən təzyiq yarada bilər”.

Bunu açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli deyib.

İqtisadçı bazarlarda satılan meyvələrə nəzərdə tutulan 2 faizlik verginin bazar qiymətlərinə təsirlərini şərh edib:

“Meyvə satışına tətbiq edilən 2 faizlik vergi müəyyən dərəcədə qiymətlərə təsir göstərə bilər. Xüsusilə ticarətçilərin mənfəət marjası aşağıdırsa, onlar yaranan əlavə vergi yükünü satış qiymətinə daxil etməyə çalışacaqlar. Bu isə meyvələrin pərakəndə satış qiymətində müəyyən artıma səbəb ola bilər.

Lakin bahalaşmanın miqyası verginin kim tərəfindən və hansı mexanizmlə ödənilməsindən asılıdır. Əgər vergi yükü satıcının üzərində qalarsa, qiymət artımı məhdud ola bilər; əks halda, bu xərc istehlakçının üzərinə keçəcək. Nəzərə almaq lazımdır ki, meyvə ticarətində onsuz da daşınma, icarə və digər xərclər mövcuddur. Belə şəraitdə əlavə vergi xüsusilə kiçik satıcıların fəaliyyətinə və bazardakı qiymətlərə müəyyən təzyiq yarada bilər”.