İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı general İsmayıl Qəni İraq rəsmiləri ilə “Kətaib Hizbullah” qruplaşması tərəfindən neft qaçaqmalçılığı məsələsini müzakirə etmək üçün Bağada səfər edib.
Bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.
“Reuters” bundan əvvəl yazıb ki, İranın İraqda dəstəklədiyi ən güclü silahlı qruplaşmalardan biri olan “Kətaib Hizbullah” neft qaçaqmalçılığı şəbəkəsi vasitəsilə yüz milyonlarla dollar gəlir əldə edib.
Tehranın proksi qruplaşmanın əsas dayaq məntəqələrindən biri hesab olunan Curf əs-Səxr bölgəsində neft boru kəmərindən gizli şəkildə neft götürülməsi üçün quraşdırılmış avadanlıqlar, saxlama məntəqələri və kiçik neft emalı zavodu aşkar edilib.
“Al-Hadath” mənbələrinə istinadla bildirib ki, İsmayıl Qəni Curf əs-Səxr bölgəsi ilə bağlı Bağdadla “Kətaib Hizbullah” arasında yaranmış gərginliyi azaltmağa çalışır.