“Yuventus” “Barselona”nın futbolçusunu transfer etmək istəyir

İtaliyanın “Yuventus” klubu “Barselona”nın müdafiəçisi Alexandro Baldeni qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

Bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.

Turin təmsilçisi 23 yaşlı futbolçunu satınalma hüququ ilə icarəyə götürməyi nəzərdən keçirir. “Barselona” belə bir varianta müsbət yanaşsa da, satınalma məbləğinin ən azı 40 milyon avro olmasını tələb edir.

Baldenin Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. O, cari mövsümdə bütün turnirlərdə 5 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Qeyd edək ki, “Transfermarkt” portalı ispaniyalı müdafiəçinin bazar dəyərini 40 milyon avro qiymətləndirir.