"Azərbaycanın 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və çoxtərəfli diplomatiyada qazandığı mövqenin mühüm göstəricisidir. Azərbaycanın bu platformada əvvəlki sammitlərdən etibarən fəal təmsil olunması ölkəmizin Avropa siyasi dialoqunda iştirakına verdiyi əhəmiyyəti nümayiş etdirir. Hesab edirəm ki, 2028-ci ildə Bakıda keçiriləcək sammit bu iştirakın daha geniş və konkret əməkdaşlıq imkanları ilə zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyacaq".
Fərid Şahbazlı: "Bakı sammiti Azərbaycan-Avropa siyasi dialoqunda yeni imkanlar açacaq"
Mənbə: oxu.az/siyaset/ferid-sahbazli-baki-sammiti-azerbaycan-avropa-siyasi-dialoqunda-yeni-imkanlar-acacaq