AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir Bakı, 17 noyabr, AZƏRTACLayihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə bağlı, səmimi, qətiyyətli və duyğulu bir insan kimi tanımağa imkan verir.AZƏRTAC silsilənin növbəti hissəsində Səməd Vurğunun təhsil almasına kömək etdiyi, Bakıya gətirərək yaradıcılığına dəstək göstərdiyi şair Əliağa Kürçaylının xatirələrini təqdim edir. Əliağa Kürçaylı yazısında Səməd Vurğunla ilk görüşündən, şairin ona göstərdiyi diqqət və qayğıdan bəhs edir.“İllər keçir. Dünənimiz xatirəyə çevrilir, az sonra isə tarix olur.Bu gün geriyə dönüb yaşanmış illərin enişli-yoxuşlu, şirinli-acılı yollarına baxırsan. Bilavasitə iştirakçısı olduğun hadisələr, görüşdüyün insanlar gözlərinin önündən keçir. Onların bəzisi unudulacaq dərəcədə kiçilir, nöqtəyə dönür, tərsinə çevrilmiş dürbündən seyr edilirmiş kimi tamam itir, görünməz olur.Bəzisi isə nəhəng linzanın altına salınmış kimi daha da böyüyür, bütün rəngləri və çalarları ilə aydınlaşır, xəyalın aynasında əbədi həkk olub qalır.Səməd Vurğun da elə!…Onu bizdən iyirmi ilə yaxın əbədiyyətə çevrilmiş bir zaman ayırır.Bu gün hara baxırıqsa, onun yeri görünür. Xalqımızın həyatında da, poeziyamızda da, ayrı-ayrı insanların taleyində də!Bir insan və şair kimi mənim həyatımda, taleyimdə Səməd Vurğunun rolu müstəsna dərəcədə böyükdür. On il onunla görüşmək, məsləhətlərini dinləmək şərəfi mənə də nəsib olub. Ədəbi nəslimlə bərabər mən də onun poeziya məktəbində tərbiyə almışam, qayğısını hiss etmişəm.Bir dəfə məni raykoma çağırmışdılar. Rayon partiya komitəsinin birinci katibinin otağı adamla dolu idi. İçəri girdim. Katibə məni təpədən-dırnağa etinasız nəzərlərlə süzdü.-Sənə kim lazımdır? - acıqlı, həm də amiranə səslə soruşdu.- Yoldaş Məmməd Bağırov.- Onu neynirsən?Tərəddüdlə ətrafıma baxdım. “Doğrudan, neynirəm onu?” Özüm də bilmirdim ki, katibəyə nə cavab verim.-Yaxşı, yaxşı, get, onsuz da darısqallıqdır, - katibə acıqla üzümə baxdı.- Məmməd Bağırov yoldaş özü məni çağırıb!Bu sözləri necə dediyimi özüm də hiss etmədim. Hamı dönüb mənə sarı baxdı. Atmacalar eşitdim:-Yəqin özünə müavin götürəcək!- Bəlkə öz yerinə qoydu?!- Yəqin rəis eləyəcək!Katibə inamsız-inamsız üzümə baxdı:-Səni kim çağırıb?Mən birinci katibin familiyasını təkrar etdim.-Sənin adın, familiyan nədir?Ətrafdakıların eşidəcəyindən qorxurmuş kimi, adımı, familiyamı astadan mızıldadım.“Həə, o bu imiş?!”Katibənin üzündəki bu ifadə kimsənin nəzərindən yayınmadı. Qızın içəri girməsi ilə çıxıb məni kabinetə ötürməsi bir oldu.Mən Məmməd Bağırov yoldaşı görən kimi tanıdım. Ortaboylu, dolubədənli, çal saçlı bu adam neçə dəfə bizim stansiyaya gəlmişdi - əsgərləri cəbhəyə yola salanda, yaralıları qarşılayanda. Uzunsov sifəti alından çənəyə çal-çarpaz qırışlarla örtülmüşdü, balıqçı torunu xatırladırdı. Papirosunu külqabıya basıb məni çağırdı:-Gəl, otur.Kabinet boyu uzanan iclas masasının yanındakı stullardan birini çəkib lap kənarında oturdum. Əslində, oturmamışdım, ağırlığımı pəncələrimə salmışdım. Stulu altımdan çəksələr, elə bu vəziyyətdə dayana bilərdim.- Bura gəl, yaxında otur.Katib öz qarşısındakı stulu göstərdi, keçib əyləşdim.- Səni Bakıya çağırırlar. Yazıçılar İttifaqına. Bilirsən, kim çağırır? Səməd Vurğun!O, üstündə qalın mətbəə şrifti ilə “Azərbaycan Sovet Yazıçıları İttifaqı” yazılmış şax, yağlı kağızı mənə uzatdı. Alıb oxudum:“Rayon partiya komitəsinin birinci katibi Məmməd Bağırov yoldaşa.Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyunun 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik.Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri Səməd Vurğun”.Heç nə başa düşmürdüm. Məktubu bir də oxudum. “Səməd Vurğun” kəlməsindən başqa heç nə yadımda qalmırdı. Qaranlıqdan çıxıb qəfildən günəşə baxan adam kimi gözlərim qamaşırdı. Məktubdakı sətirlər bir-birinə qarışırdı. Qulaqlarım güyüldəyirdi.-Get hazırlaş, biri gün yola düşərsən.Katibin səsi məni xəyaldan ayırdı. O, məktubu geri almaq üçün əlini uzatmışdı. Bir anlığa mənə elə gəldi ki, katib indicə mənə bəxş etdiyi sevinci geri almaq istəyir. Çaşqın nəzərlərlə ona baxdım. Məktubu qaytardım.-Evdə yaxşı paltarın varmı?-Var! -dedim.Halbuki maykasız və köynəksiz geyindiyim, boğaza qədər düymələdiyim bu pencəkdən başqa heç nəyim yox idi. Corabsız geyindiyim çəkmələrimi altına və üzünə vurulmuş yamaqların ağırlığından yerdən güclə qaldırırdım.-Başını düzəltdir, paltarlarına fikir ver. Nə qədər şeirin var, hamısını götür, birdən lazım olar.Sonra zəngi basdı. Ucaboylu, arıq bir oğlan içəri girdi.-Çörək kartoçkası, pul… Özün bilirsən. Hazır eləyin. Biri gün səhər özün yola salarsan.Qalxdım. Katib mənə əl verdi:-Yaxşı yol! Müvəffəqiyyət arzulayıram. Get, rayonumuzun adını qaldır!Çıxdım. Katibin qəbul otağından keçərkən qəribə mənzərənin şahidi oldum: hamı divara tərəf çəkilmiş, ortada boşluq yaranmışdı. Elə bil mənə yol vermək üçün kənara durmuşdular. Görünür, onlar da bilirdilər ki, məni Bakıya Səməd Vurğun çağırır. Səməd Vurğun özü…İndi, qırx yeddi yaşımda bu sətirləri yazarkən həmin vaxtkı Səməd Vurğundan altı yaş böyüyəm. Təsəvvür edirsinizmi, altı yaş! Halbuki onu ilk dəfə görəndə nəzərimdə yetmiş-səksən yaşlı müdrik bir qoca idi. Səməd Vurğun tez qocalmışdı və bu qocalma prosesi onda gündən-günə, aydan-aya, ildən-ilə aydın şəkildə hiss olunurdu”.Kitabda qeyd olunur ki, Səməd Vurğun gənc yazıçılara söz verir, xitabət kürsüsünə qalxan cavanlar çıxış edir, şeir və hekayələrini oxuyurdular. Sonra o, Əliağa Kürçaylıya söz verir:“Ayağım ayağıma dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adımı Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır. Ürəyimin qanı gicgahlarıma vurur.Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Natəvan klubunun səhnəsi çox kiçikdir, xitabət kürsüsü rəyasət heyətinə, demək olar ki, bitişikdir. Səməd Vurğunun çəkdiyi papirosun tüstüsü burnumu qıcıqlandırır. (Sonralar da şahidi oldum ki, istər rəyasət heyətində, istərsə də öz kabinetində Səməd Vurğunun papiros çəkməsi məqbul bir qanun kimi qəbul olunmuşdu. Başqalarına irad tutula bilən bu hərəkət Səməd Vurğun üçün adi hal idi.)Çəkinə-çəkinə Səməd Vurğuna baxıram.-Danışım, ya şeir oxuyum?-Şeir oxu, natiqimiz onsuz da az deyil.Şeiri oxuyub gah salona, gah da Səməd Vurğuna baxıram.-Birini də oxu.Bu, onun səsidir.Bu dəfə adımı elan etmədən “Qurtardı” şeirimi oxuyuram.Şeiri oxuyub qurtaran kimi birbaşa danışığa keçirəm. Əvvəl çıxış edənlərin bir fikrini mən də təkrar edirəm:-Səməd müəllim, bizim rayonda da ədəbiyyat dərnəyi var. Yaxşı olar ki, Yazıçılar İttifaqı ona yaxından rəhbərlik etsin. Şair göndərsin, biz şeirlərimizi oxuyaq, o da fikrini desin…Səməd Vurğun qəflətən sözümü kəsir:-A bala, harada oxuyursan?-Oxumuram.-Harada işləyirsən?-Dəmir yolunda.-Nə işində?-Hesabdar.Salondakılar gülüşür. Mən tez əlavə edirəm:- Hesabdar idim, indi fəhlə işləyirəm.-Gəl səni düzəldim universitetə, oxu.-Götürməzlər.-Niyə?-Kamal attestatım yoxdur, doqquzuncu sinfi bitirmişəm.-Sən gəl, mən deyərəm, götürərlər.Rəyasət heyətində oturanlardan kimsə əyilib onun qulağına nəsə deyir. Görünür, Səməd Vurğuna kamal attestatı olmadan universitetə qəbulun qeyri-mümkün olduğunu söyləyir.-Uşaq oxumalıdır.Sonra mənə baxır:-A bala, fasilədə yanıma gələrsən, kabinetə.Fasilədə çəkinə-çəkinə onun kabinetinə gedirəm.-A bala, gəl görüm.Səməd Vurğun Osman Sarıvəlliyə müraciət edir:-Ayə, Osman, bu uşaqçün neyləmək olar, ha?-Nə deyim, ay Səməd, gedib rayonda orta məktəbi qurtarıb gəlsin, düzəldək ali məktəbə.-Ayə, müsəlman balasıdır, getsə oxumayacaq. Nə eləsək, gərək burada eləyək, Bakıda. Düzəldin axşam məktəbinə. Qoy burada oxusun.-Ay Səməd, burada evi yox, eşiyi yox, harada qalacaq?-Ayə, mehmanxanaların birində yer düzəldin, qalsın. İttifaqın hesabına…Beləliklə, mən Bakıdakı 40 nömrəli fəhlə-gənclər məktəbinin onuncu sinfinə daxil oluram. Altı ay - Səməd Vurğun Yazıçılar İttifaqının sədrliyindən gedənə qədər -mehmanxanalarda qalıram. Məktəbi bitirib universitetin filologiya fakültəsinə daxil oluram”. Ardı var... Əvvəlki materialı oxu (https://azertag.az/xeber/omur_ele_uzun_deyil_ki_onun_choxunu_yuxuda_kechiresen_semed_vurgun_resul_rzanin_xatirelerinde-4511094 ) Müxbir – Günel Alıyeva
Bu gün
142 xəbər bu gün
NATO-ya üzv ölkələr Ukraynaya hərbi yardım göstərilməsi çərçivəsində ABŞ-dən silah və hərbi texnika alınması üçün 10 milyard dollardan çox vəsait ayırıblar. Bu barədə NATO-nun Baş katibi Mark Rutte alyansın Brüsseldəki…
Almaniyanın "Deutsche Bank" bankı yetkinlik yaşına çatmayan şəxslərin cinsi istismarı məqsədilə insan alverinə görə məhkum edilmiş maliyyəçi Ceffri Epşteynə daxili xəbərdarlıqlara baxmayaraq, bir neçə il ərzində bank…
Türkiyədə Qara Cümə endirimləri 27 noyabrda başlayır. Mütəxəssislər saxta endirim və stok manipulyasiyasına qarşı ehtiyatlı olmağı məsləhət görür.
Norveçdə pensiya yaşı tədricən artırıla bilər. Bu barədə ölkənin Əmək və Sosial İnteqrasiya Nazirliyi məlumat yayıb. Qanun layihəsinə əsasən, ölkədə gözlənilən ömür uzunluğunun artması ilə əlaqədar pensiya yaşı hər 10…
Многие считают, что телефон на зарядке опасен в ванной только в том случае, если случайно уронить его в воду, однако поражение электрическим током возможно и без погружения устройства. Об этом "Газете.Ru" рассказал…
Havaların soyuması avtomobillərin texniki vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə şaxtalı günlərdə mühərrik, akkumulyator, təkərlər və digər vacib detallar əlavə yüklənməyə məruz qalır.
UEFA Millətlər Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilib. A və B liqalarında VI tur çərçivəsində ümumilikdə 8 qarşılaşma reallaşıb. UEFA Millətlər Liqası Qrup mərhələsi…
Filippində 82 yaşlı Tomas Markla - Sasseks hersoginyası Meqan Marklın atasına qarşı ittihamlar irəli sürülüb.
Arıqlamaq və sağlam qalmaq istəyənlər arasında gün ərzində 5-6 dəfə az miqdarda qidalanmağın maddələr mübadiləsini sürətləndirdiyi fikri geniş yayılıb. Bəziləri isə gündə üç dəfə yeməyin daha faydalı olduğunu düşünür.
Bakı, 18 noyabr, AZƏRTAC UEFA Millətlər Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilib.AZƏRTAC xəbər verir ki, A və B liqalarında VI tur çərçivəsində ümumilikdə 8 qarşılaşma reallaşıb.UEFA Millətlər LiqasıQrup…
Alimlər Sakit okeanın dərinliklərində yerləşən metal tərkibli daşların içərisində gözlənilməz dərəcədə zəngin canlı aləmi aşkar ediblər. Bu barədə “ScienceDaily” Bremen Universitetinin Dəniz Elmləri Mərkəzinin…
Diqqət!
UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlar keçirilib.
Şimali Koreya lideri Kim Çen In Samjiyon şəhərində turizm zonasının tikinti sahəsinə baş çəkib. Yoxlama zamanı onun üçün açıq havaya dəbdəbəli kreslo çıxarılıb.
Hava soyuyandan sonra xəstələnənlər çoxalıb. Mütəxəssis qrip ilə adi soyuqdəymənin fərqini və peyvənd üçün son vaxtı izah edib.
UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün qrup mərhələsinin 6-cı turu çərçivəsində Uels və Portuqaliya milli komandaları qarşılaşıb.
"Nvidia" şirkətinin keçmiş baş direktoru Censen Huanq vəzifəsinə qayıtmağa hazır olduğunu bildirib.
UEFA Millətlər Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilib. A və B liqalarında VI tur çərçivəsində ümumilikdə 8 qarşılaşma baş tutub. A Liqasında Danimarka Norveçə, Uels isə Portuqaliyaya məğlub olub. B…
İspaniyalı aktyor Luis Lorenso 85 yaşlı xalasına qarşı qeyri-insani rəftar və dələduzluqda təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. News24xəbər verir ki, aktyorun keçmiş partnyoru Aransasu Suares…
Müasir dövrdə mobil telefonlar uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin telefon qarşısında uzun müddət vaxt keçirmək onların fiziki və psixoloji inkişafına mənfi təsir göstərə bilər.
SEPAH
Mark Rutte
Bolqarıstanın paytaxtı Sofiya şəhərində Kudo əlbəyaxa döyüş növü üzrə Avropa çempionatı keçirilib. Çempionatda Azərbaycanı təmsil edən Vüsal Əliyev 270 kateqoriyasında uğurla çıxış…
ABŞ Silahlı Qüvvələri İranın Keşm adasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket buraxılışları üçün istifadə etdiyi iddia olunan obyektə zərbə endirib
"İnter Mayami" klubunun hücumçusu Lionel Messi Argentina Futbol Assosiasiyasından (AFA) adının və görüntülərinin kommersiya məqsədilə istifadəsini dayandırmağı tələb etmək niyyətindədir.
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. III turda İslandiya seçməsinin qonağı olan yığma rəqibinə uduzub - 41:129. Xatırladaq ki, Azərbaycan…
Stokholm, 18 noyabr, AZƏRTAC İsveç Ukraynaya hərbi dəstək məqsədilə əlavə 720 milyon kron (təxminən 76 milyon dollar) ayırdığını açıqlayıb.AZƏRTAC xəbər verir ki, ayrılan vəsaitin əsas hissəsi Rusiyanın ballistik raket…
2027-ci ildə səyahət etmək üçün dünyanın ən sakit şəhərlərinin reytinqi hazırlanıb. Siyahının ilk onluğunda yalnız Avropa şəhərləri yer alıb. İlk üçlükdə Venesiya, Lissabon və Amsterdam qərarlaşıb.
Avropa İttifaqı (Aİ) onlayn alış-veriş platforması olan"Temu"nu qanunsuz məhsulların satışının qarşısını almaq üçün yetərli tədbirlər görməməkdə və rəqəmsal qaydaları pozmaqda ittiham edib. Avropa Komissiyası platforma…
Avropa Parlamentinin yeddi deputatı Ukraynanın "Mirotvorets" saytının siyahısına daxil edilib.
2026-cı ilin dekabrında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 22 iş günü və 9 qeyri-iş günü olacaq.
Страны НАТО выделили свыше $10 млрд на закупку американского вооружения для Украины в рамках инициативы PURL и программы зарубежных военных продаж США (Foreign Military Sales),...
Сегодня по гороскопу ожидается удивительный день, когда ладить с людьми будет легче обычного. Так что если вы хотите с кем-то договориться, найти общее решение проблемы или устраивающий всех компромисс, стоит сделать это…
Geofizika İnstitutu
Əsəd əş-Şeybani