Yevlaxda yol qəzası iki nəfərin həyatına son qoyub

Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Aran qəsəbəsindən keçən hissəsində baş verib.

Qəza zamanı Naftalan sakinləri - 2000-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tural Əliyev aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.