Çinin və ya ABŞ-ın vassalı ola bilərik - Makron

Tam xaosun hökm sürdüyü bir dünyada yaşayırıq və bu gün ya Çinin, ya da ABŞ-ın vassalına çevrilmək təhlükəsi var. Hesab edirəm ki, bu iki böyük dövlətin məqsədi də məhz budur.

Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Bizim məqsədimiz kiminsə vassalına çevrilmək deyil, çoxtərəfli dünya nizamını müdafiə etmək, strateji muxtariyyətimizi qoruyub möhkəmləndirmək və daha müstəqil olmaqdır”, - o bildirib.