İranda məktəblilər silahlılar tərəfindən qaçırıldı – Video

Dünən Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində üç etnik bəluç məktəbli naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.

Hadisə uşaqlar məktəb avtobusundan düşdükdən qısa müddət sonra baş verib.

Gümüşü rəngli “Peugeot 405” markalı avtomobildə olan silahlı şəxslər məktəbliləri zorla maşına mindirərək hadisə yerindən uzaqlaşıblar.

Məlumata əsasən, qaçırılan uşaqlar İranşəhrdəki “Üfüq” (Ofogh) məktəbinin şagirdləri olan iki qardaş və onların əmisi oğludur. (“Halvəş” Teleqram kanalı)