Yevlaxda ağır yol qəzası: İki nəfər öldü

Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Aran qəsəbəsindən keçən hissəsində baş verib.

Qəza zamanı Naftalan sakinləri – 2000-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tural Əliyev aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.