Yevlax. Trend:
Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Aran qəsəbəsindən keçən hissəsində baş verib.
Qəza zamanı Naftalan sakinləri – 2000-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tural Əliyev aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.