Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edib

Noyabrın 17-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Sabirabad şəhərində Sabirabad, Saatlı və İmişli rayonlarının sakinləri ilə görüşüb.

Bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi" , - o qeyd edib.