Mövcud olan şəraitdə Ukraynanın əsas gözləntisi əsirlərin Rusiyadan geri qaytarılması ilə bağlıdır.
Bunu açıqlamasında Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq Komitəsinin sədri Oleksandr Merejko bildirib.
Bununla belə, komitə sədri iki ölkə arasında atəşkəsin olacağına inanmadığını deyib.
O. Merejko ərazi məsələlərində Ukraynanın güzəştə gedə biləcəyi barədə məlumatlara skeptik yanaşdığını bəyan edib:
"Ukrayna heç vaxt hər hansı ərazi güzəştlərinə getməyəcək. Bu həm Konstitusiyaya, həm də beynəlxalq hüquqa ziddir. Ukrayna xalqı, prezident, parlament heç vaxt bununla razılaşmayacaq".
Komitə sədri vurğulayıb ki, Rusiya ilə danışıqlar mahiyyət etibarilə dalana dirənmiş vəziyyətdə qalır.
"Təəssüf ki, xüsusilə qış zamanı və ya qışdan əvvəl atəşkəsi gözləmək çətin ki mümkün olsun", - o deyib.