Bakıda qadın turşudan zəhərləndi, infarktdan öldü

Sabunçu rayonunda qidadan zəhərlənən şəxs ölüb.

APA-ya istinadla, zəhərlənmə hadisəsi noyabrın 15-də qeydə alınıb.

Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü M.Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib.

O, noyabrın 16-da xəstəxanadan çıxarkən həyətdə infarktdan vəfat edib.

Araşdırma aparılır.