Berlin, 17 noyabr, AZƏRTAC 2022-ci ildən bəri Rusiya-Ukraynaya münaqişəsi fonunda Avropa İttifaqı (Aİ) ölkələrinin Asiya istiqamətində alternativ ticarət marşrutlarına, eləcə də alternativ xammal təchizatçılarına marağı artıb. Azərbaycanın coğrafi mövqeyi, Şimal marşrutuna alternativ olan Orta Dəhliz üçün əhəmiyyəti, həmçinin enerji resursları sayəsində onun Aİ üçün əhəmiyyəti artmaqdadır. Bu fikirləri almaniyalı siyasi analitik, beynəlxalq münasibətlər və Cənubi Qafqaz üzrə ekspert Ştefan Meister AZƏRTAC-a açıqlamasında səsləndirib.O qeyd edib ki, məhz buna görə Azərbaycan “Avropa Siyasi Birliyi”nin Zirvə toplantılarına dəvət olunur və onunla münasibətlər dərinləşdirilir. İqtisadi və geosiyasi baxımdan Azərbaycan Aİ üçün daha vacib ölkəyə çevrilib. O, bu məsələlər baxımından Cənubi Qafqazda açar rolunu oynayan dövlətdir.“Avropa Siyasi Birliyi”nin iqtisadi və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı platforma olduğunu vurğulayan ekspert əlavə edib ki, Cənubi Qafqaz tranzit-kommunikasiyalar baxımından strateji regiondur və bu mənada həmin formatın diqqət mərkəzində olan bölgələrdən biridir. Elvin Mövsüm AZƏRTAC-ın xüsusi müxbiri Berlin