“Neftçilər” metrosu ərazisində gecə baş verən insidentdən sonra polis araşdırma aparıb və avtomobil mühafizə olunan duracağa yerləşdirilib.
Hüquq-mühafizə orqanlarına istinadla, araşdırmanın nəticəsindən asılı olaraq, mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət veriləcəyi vurğulanır.
Qeyd edək ki, mağazalara çırpılan avtomobil 10 DK 111 dövlət qeydiyyat nişanlı “Gelandevagen”dir. Maşını mağazalara çırpan gəncin avtomobilin sahibi olub-olmadığı, gecə klubundan çıxan qadının ona hücumunun səbəbi məlum deyil.