Bakı, 17 noyabr, AZƏRTAC Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayırıq.AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib. “Bura “Sülh Körpüsü” Təşəbbüsü, sərhədlərin delimitasiyası prosesi, Azərbaycanın Ermənistana yanacaq tədarükü, eləcə də “AzərTelecom” və “Telecom Armenia” arasında razılaşma daxildir. Davamlı və uzunmüddətli sülhün təmin edilməsi üçün bu dinamikanın dialoq və əməkdaşlıq vasitəsilə qorunub saxlanması mühüm əhəmiyyət daşıyır”, - deyə Dankan Norman bildirib.Səfir qeyd edib ki, Cənubi Qafqazın daha sülhsevər və əlaqəli gələcəyə doğru inamla irəlilədiyi bir vaxtda Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır.