Deputat: "Büdcə xərcləri üzrə konkret nəticə indikatorları müəyyən edilməlidir"

Azərbaycanda dövlət büdcəsinin xərcləri üzrə konkret nəticə indikatorları müəyyən edilməlidir.

Bunu deputat Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Büdcədə hər bir əsas xərc istiqaməti üzrə konkret nəticə indikatorlarının müəyyən edilməsi çox vacibdir. Məsələn, təhsil xərcləri üzrə yalnız məktəblərin tikintisi və təmiri deyil, təhsilin keyfiyyətindəki dəyişikliklər, səhiyyə üzrə yalnız ayrılan vəsait deyil, tibbi xidmətlərin əlçatanlığı və keyfiyyəti, iqtisadi layihələr üzrə yaradılan iş yerləri, əlavə dəyər və vergi daxilolmalarının ölçülməsi hesab edirəm ki, faydalı olardı. Bu yanaşma ümumilikdə büdcə xərclərinin real nəticəsini daha yaxşı qiymətləndirməyə imkan verə bilər", - deyə o qeyd edib.