Xocalı, 17 noyabr, AZƏRTAC Xocalı rayonunun Ballıca kəndində həyat yenidən öz axarına qayıdıb. Səhər tezdən həyətlərdən gələn sac və təndir çörəyinin ətri kəndin küçələrinə yayılır, hər evdə, hər ocaqda qurub-yaratmaq həvəsi hiss olunur. Doğma yurda qayıdan sakinlər illər əvvəl yarımçıq qalmış xatirələrini bərpa etməklə yanaşı, ata-babalarından miras qalan yaşam tərzini, qədim adət-ənənələri də yenidən dirçəldirlər. Burada hər ailənin öz qayıdış hekayəsi, hər evin öz yaddaşı var.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ballıca sakini Nadir Əkbərov da ailəsi ilə birlikdə doğma kəndinə dönüb, 36 il əvvəl yarımçıq qalan kənd həyatına yenidən davam edir. Həyətlərində sac üstündə bişən isti çörəyin qoxusu, bal arılarının vızıltısı və mal-qaranın səsi bu ocaqda həyatın yenidən canlandığından xəbər verir.Həyətdə sacın başında əyləşib xəmir yayan evin xanımı Tahirə Zeynalova ilə söhbətimizə elə bu isti ocağın kənarında başlayırıq. İllər sonra yenidən öz həyətində çörək bişirməyin ona nələr hiss etdirdiyini soruşuram. – Tahirə xanım, illər sonra yenidən öz həyətinizdə, öz sacınızın başında olmaq necə hissdir?– Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun, bu günləri bizə yaşatdılar. İllər sonra bu torpaqlara qayıtmaq bizim üçün sözlə ifadə olunmayacaq qədər böyük sevincdir. Bu gün 1988-ci ildə yarımçıq qoyub getdiyimiz məişət ənənələrimizi yenidən yaşadırıq. Sacda çörək bişiririk, biz buna “fətrəli” və ya “xamralı” deyirik. Həyətimizdə toyuq-cücəmiz, mal-qaramızla öz əvvəlki yaşayışımıza qayıtmışıq. İnsanın öz yurdunda, öz ocağında nəfəs almasından gözəl nə ola bilər?!Evin digər tərəfində isə Nadir Əkbərov qayğı ilə arı yeşiklərinə qulluq edir. Onun üçün arıçılıq sadəcə təsərrüfat sahəsi deyil, nəsildən-nəslə ötürülən mirasdır. 1967-ci ildə Ballıcada dünyaya göz açan Nadir kişi yeddi uşaqlı (beş qardaş, iki bacı) böyük bir ailədə böyüyüb. Uşaqlıq və gənclik illərinin ən qayğısız çağları bu kənddə keçib. Ailə qurmasından cəmi 5-6 ay ötmüşdü ki, 25 yaşlı gənc ikən 1988-ci ildə ermənilərin törətdiyi zorakılıqlar nəticəsində doğma yurdundan didərgin düşüb.– Nadir dayı, kənddən çıxdığınız o ağır günləri və sonrakı məcburi köçkünlük illərini necə xatırlayırsınız?– Buradan çıxanda əvvəlcə Xocalıya pənah apardıq, orada bizi evlə təmin etdilər. Amma fələyin acı üzü orada da yaxamızı buraxmadı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi zamanı atamla anam şəhid oldular. Onları aparıb Ağdamda dəfn elədik... Sonra Oğuz rayonunda, Gəncədə, Hacıkənd qəsəbəsində yaşadıq, daha sonra 600 ailəlik qəsəbədə məskunlaşdıq. Harada yaşasaq da, ağlımız-fikrimiz elə bu kənddə, ata-baba ocağında idi. Gedib Kəlbəcər dağlarına, Ağdama sarı baxırdım. Uzaqdan Qırxqız dağını görəndə dözə bilmirdim, ağlaya-ağlaya gedib, ağlaya-ağlaya da qayıdırdım... Hər gün dua edirdim ki, bu torpaqlar alınsın, gedib öz vətənimizdə, öz doğulduğumuz yerlərdə yaşayaq. Şükür bu günümüzə, arzumuz çin oldu. Bura bizə doğmadan da doğmadır.– Kəndə qayıdanda ilk ayaq basdığınız yer hara oldu?– Gələn kimi ilk üz tutduğum yer uşaqlığımın keçdiyi ata evimiz oldu. Bir vaxtlar gur işıqlı, ikimərtəbəli olan evimizin yerində indi dağıntılar, cəmi bir neçə daş və pilləkən qalıb. O mənzərəni görəndə içimdə qəribə hisslər bir-birinə qarışdı – həm illərin həsrəti və dağıntılara görə kədərləndik, həm də nəhayət ki, öz torpağımıza qayıtdığımız üçün böyük sevinc hissi keçirdik.Bu gün Nadir Əkbərov ömür-gün yoldaşı və oğlu ilə birlikdə doğma Ballıcada yenidən ocaq qalayır. Qızları artıq öz ailəsini qurub, Nadir babanın həyatına üç nəvə sevinci də bəxş edib. Doğma kəndin saf havası, bərəkətli torpağı və ətirli çiçəkləri illər sonra yenidən bu zəhmətkeş ailənin süfrəsinə ruzi, təsərrüfatına bolluq gətirir.– Görürəm, arıçılığa xüsusi həvəslə davam edirsiniz. Kəndin adı da elə “Ballıca”dır... – Ballıca kəndi arıçılıq üçün yaradılıb. Bizim babamıza el arasında “Ballı Məmməd” deyirdilər, ömrünü arıçılığa həsr etmişdi. Bu gün də biz onun yolunu gedirik, ocağımızın ənənəsini yaşadırıq. Bura təsərrüfat üçün çox bərəkətli yerdir. Yavaş-yavaş həm arıçılığı, həm də heyvandarlığı genişləndirəcəyik, qurub-yaradacağıq.Söhbətimizin sonunda Nadir Əkbərov bu xoşbəxt günləri onlara bəxş edən Prezident İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlığını bildirir, şəhidlərin ruhuna rəhmət, qazilərə isə cansağlığı arzulayır. İllərlə həsrətini çəkdikləri torpaqlarda yenidən ocaq qalamaq, öz ev-eşiklərini dirçəltmək Əkbərovlar ailəsi üçün dünyanın ən böyük səadətidir. Müxbir – Tahir Ağaməmmədov
Bu gün
3760 xəbər bu gün
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com-un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında, Salyan-Şirvan avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi…
ABŞ-də binanın damına yerləşdirilən məktəb avtobusu maraq doğurub. "Sözçü" qəzetinə istinadən, Missuri ştatının Sent-Luis şəhərində yerləşən “City Museum”un damındakı sarı avtobus qeyri-adi görünüşü ilə diqqət çəkir…
Samuxda baş verən qəzanın bəzi təfərrüatları bilinib. Hadisə Qədili kəndi ərazisində qeydə alınıb. "Niva" markalı avtomobilin aşması nəticəsində ölən və xəsarət alan şəxslərin Daşkəsən rayon sakinləridir. Həmin şəxslər…
İranın Abdanan şəhərində neft şirkətinin işçilərini daşıyan avtobusun aşması və 13 nəfərin həlak olması kütləvi etirazlara səbəb olub. Hadisədən sonra şəhər sakinləri küçələrə çıxaraq hökumət əleyhinə şüarlar…
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova xəstəxanadan evə buraxılıb. Bu barədə sorğuya cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, 1949-cu…
“Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Yeni mexanizm qısa müddətli işlərdə çalışan şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməsinə, işlədikləri saatlara uyğun ödəniş almalarına və…
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan noyabr ayında birgə müdafiə əməkdaşlığının genişləndirilməsi məqsədilə yeni görüş keçirməyi planlaşdırırlar
Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Ukrayna ərazisində yerləşdiriləcək istənilən xarici hərbi kontingent Rusiya Silahlı Qüvvələrinin qanuni hərbi hədəfi hesab olunacaq
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib
Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakının Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 207 ünvanında yerləşən fərdi yaşayış evlərinin bir qismi sökülüb. Ərazidə hələ də bir neçə ailə yaşayır. Sonuncu güclü külək zamanı böyük bir ağacın aşması isə ərazidəki…
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında, Salyan-Şirvan avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi…
Təlim-məşq toplanışının ikinci mərhələsini Bakıda davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib. İraqın U-20 kollektivi ilə qarşılaşan yığma rəqibi ilə bərabərə…
Bakı, 17 noyabr, AZƏRTAC ABŞ-yə səfəri çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ştatların kənd təsərrüfatı nazirinin birinci müavini Stephen Vadenin rəhbərlik…
Bakı, 17 noyabr, AZƏRTACUşaqlar rəqəmsal texnologiyalar üzrə mütəxəssisə çevrilmir və ya rəqəmsal müdrikliyi avtomatik qazanmırlar. Hər bir bacarıq kimi, bunu da öyrənmək və məşq etməklə mənimsəmək lazımdır. Lakin bütün…
Samuxda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Yenicag.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, bir nəfər…
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi məlumatların mübadiləsi üçün nəzərdə tutulmuş daxili rabitə şəbəkəsində nasazlıq yaranıb. Bu barədə CNN vəziyyətlə tanış olan altı mənbəyə...
ABŞ İranın cənubunda yerləşən Kişm adasına hücum edib. Hadisə nəticəsində yaşayış və kommersiya ərazilərinə, eləcə də infrastruktura ziyan dəyməyib. Bu barədə İranın Hörmüzqan əyaləti...
Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda səmimi qarşılanmaya görə təşəkkür edib. Almaniyalı nazir bu barədə "X" sosial şəbəkə hesabında...
Böyük Britaniya Ukraynaya pilotsuz uçuş aparatlarına qarşı istifadə olunacaq 1000-dən çox qısa mənzilli hava hücumundan müdafiə raketi göndərəcək.
Dietoloq və endokrinoloq Pavel Baranov yüksək qan təzyiqindən əziyyət çəkən şəxslərə duz qəbulunu azaltmağı tövsiyə edib. Həkim bu barədə “AIF” nəşrinə açıqlamasında bildirib. O qeyd edib ki, hipertoniya xəstələrinə…
Bir çox sürücü dizel mühərrikləri haqqında fikirlərini köhnə nəqliyyat vasitələrinin xatirələrinə əsaslanaraq formalaşdırır. Yəni kimdən soruşsan, mühərrik səs-küyü və kuzov titrəməsini, qışda donmasını səbəb gətirər…
Samuxda yol-nəqliyyat hadisəsi baş verib. Qafqazinfo-ya istinadən, hadisə rayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, daha bir nəfər yaralanıb. Hadisə…
Türkiyənin Van vilayətinin Gevaş rayonunda 4,3 maqnitudalı zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Van…
Samuxda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb. “Report”un məlumatına görə, hadisə rayon ərazisində baş verib. İlkin məlumata əsasən, iki minik avtomobilinin toqquşması nəticəsində…
Böyük Britaniya Ukraynaya pilotsuz uçuş aparatlarına qarşı istifadə olunacaq 1000-dən çox qısa mənzilli hava hücumundan müdafiə raketi göndərəcək. Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.London…
Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda səmimi qarşılanmaya görə təşəkkür edib. Almaniyalı nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. O, Azərbaycanın…
2027-ci il bəzi bürclər üçün iş həyatında yeni imkanlar, peşəkar inkişaf və maliyyə baxımından irəliləyiş dövrü ola bilər. Astroloji proqnozlara görə, beş bürc nümayəndəsi qarşıdakı ildə karyerasında mühüm…
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi dünyasını dəyişib. Bu barədə Universitetin məlumatında deyilir. Bildirilib ki, Azərbaycan tarixi kafedrasının dosenti İsayev Müzəffər Əmirxan oğlu vəfat edib.
Avstriya hakimiyyəti ölkənin keçmiş xarici işlər naziri Karin Knayslı vətəndaşlıqdan məhrum etmək imkanını nəzərdən keçirir. Bu barədə “Kronen Zeitung” qəzeti məlumat yayıb. Vyananın…
Также удар был нанесен по железнодорожному локомотиву в районе ж/д станции "Кривой Рог", используемому для перевозки военных грузов.
Министр иностранных дел Германии Йоханн Вадефуль поблагодарил президента Азербайджана Ильхама Алиева за теплый прием в Баку и назвал страну надежным партнером Германии и Евросоюза. Об...
Сверхсекретная сеть АНБ США, предназначенная для внутренней связи сотрудников агентства, перестала работать. Об этом CNN сообщили шесть человек, знакомых с ситуацией. Сеть NSA Net используется...
Обнародовано подробное расписание чемпионата мира по грэпплингу, который пройдет в Баку с 23 по 25 ноября. Как сообщает İdman.biz со ссылкой на программу, опубликованную Объединенным миром борьбы (UWW), в первый…
В понедельник в Милли Меджлисе состоялось обсуждение законопроекта о Госбюджете на 2027 год. В ходе обсуждений один из депутатов заговорил о бюджетном финансировании обучения в русском секторе школ Азербайджана, посчитав…
Министр иностранных дел Германии Йоханн Вадефуль поблагодарил Президента Азербайджана Ильхама Алиева за оказанное в Баку гостеприимство. Как передает Day.Az, об этом министр написал в своем аккаунте в социальной сети X…
Kürdəmirdə fərdi yaşayış evində güclü yanğını baş verib. Day.Az qafqazinfo-ya xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini Ənvər Yunusova məxsus ümumi sahəsi 200 kv metr olan otaq…
Sabiq prezident
Britaniya MN