ABŞ-də seçkilər: neçə yerin taleyinə hələ aydınlıq gəlməyib?…

ABŞ Konqresinin palatalarına noyabrın 3-də keçirilmiş seçkilərin nəticələri tam bəlli deyil.

Noyabrın 17-nə olan məlumata görə, Nümayəndələr Palatasında (aşağı palata) 8, Senatda (yuxarı palata) 1 yerin taleyinə aydınlıq gəlməyib.

Seçkilərdə 435 nəfərlik Nümayəndələr Palatası tam yenilənməli, 100 nəfərlik Senatın 35 üzvü müəyyənləşməlidir. Hazırda Demokratlar Partiyası Nümayəndələr Palatasında 256, Respublikaçılar Partiyası 171 mandatla göstərilir, Senatda 55 demokrat, 44 respublikaçı yer alır.

Prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vens Respublikaçılar Partiyasının üzvləridir.

50 ştat və 1 federal dairədən ibarət ABŞ-da paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin Konqresdə təmsilçiliyi yoxdur.

Nümayəndələr Palatasında ştatların təmsilçiliyi əhalinin sayına bağlıdır. Qurumun spikeri prezident və vitse-prezidentdən sonra üçüncü ali vəzifəli şəxs sayılır.

Senata hər ştatdan iki nəfər seçilir. Vitse-prezident Senatın sədri sayılır, ancaq səsverməyə yalnız səslər tən bölünən hallarda qatıla bilir.

Konqres palatalarının yeni tərkibi 2027-ci il yanvarın 3-də fəaliyyətə başlamalıdır.