“AFB Bank” 2026-cı ildə faizləri müddətin sonunda ödənilən 6, 9 və 12 aylıq manat əmanətləri üzrə illik faiz dərəcələrini aşağı salıb.
6 və 9 aylıq əmanətlərin faizi 9%-dən 8%-ə, 12 aylıq əmanətlərin faizi isə 10,5%-dən 10%-ə endirilib.
Beləliklə, 3, 6 və 9 aylıq manat əmanətlərinin hamısına illik 8% tətbiq olunur.
Manat əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsi 10,5% olaraq qalıb. Ötən il bu dərəcə 12 aydan başlayan əmanətlərə tətbiq edilirdisə, 2026-cı il cədvəlində 18, 24 və 36 aylıq əmanətlər üçün nəzərdə tutulub.
Dollar əmanətləri üzrə faiz dərəcələri bütün müddətlərdə hər iki il üçün eyni qalmışdır. Bu əmanətlər üzrə ən yüksək illik dərəcə 5% olmaqla 12 və 18 aylıq müddətlərə tətbiq edilir.