Astara, 17 noyabr, AZƏRTAC Astarada avtomobilin vurduğu 70 yaşlı piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Lovayın kəndi ərazisində qeydə alınıb. Raman Mais oğlu Hidayətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Ojəkəran kəndindən Lovayın kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən piyadanı vurub.Piyada Kijəbə qəsəbə sakini, 1956-cı il təvəllüdlü Tahir Adil oğlu Qənbərov olub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı cinayət işi başlanılıb. Müxbir- İlkin Adıyev