Çexiyada iki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb - Yenilənib

Praqanın (Çexiya) dəmiryol vağzalı yaxınlığında iki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.

Bu barədə Çexiya mediası məlumat yayıb.

Çexiyanın nəqliyyat naziri İvan Bednarikin sözlərinə görə, onlardan dördü ağır, 12-si isə orta ağır dərəcəli xəsarət alıb. Ağır yaralılardan ikisi qatarın maşinistləridir.

Nazir bildirib ki, ilk xilasedicilər hadisə yerinə üç dəqiqə ərzində gəliblər.

İlkin qiymətləndirmələrə görə, dəymiş ziyanın məbləği 16 milyon krondan (723 min dollar) çoxdur.

Praqada (Çexiya) dəmir yolu vağzalı yaxınlığında iki qatar toqquşub, nəticədə 15 nəfər xəsarət alıb.

Bu barədə Çexiya mediası məlumat yayıb.

"Vağzal yaxınlığında iki sərnişin qatarı toqquşub. Dəmir Yolu Administrasiyasının yanğınsöndürənləri və xilasedicilər hadisə yerindədir", - administrasiyanın fövqəladə hallar üzrə mətbuat katibi Martin Kavka bildirib.

Qatarlar Seyfertova küçəsindəki körpüdə toqquşub.

Vısoçanı, Liben və Qoleşovitse istiqamətində qatarların hərəkəti dayandırılıb.