Xocalı, 17 noyabr, AZƏRTAC Xocalı rayonunun Ballıca kəndində həyat yenidən öz axarına qayıdıb. Səhər tezdən həyətlərdən gələn sac və təndir çörəyinin ətri kəndin küçələrinə yayılır, hər evdə, hər ocaqda qurub-yaratmaq həvəsi hiss olunur. Doğma yurda qayıdan sakinlər illər əvvəl yarımçıq qalmış xatirələrini bərpa etməklə yanaşı, ata-babalarından miras qalan yaşam tərzini, qədim adət-ənənələri də yenidən dirçəldirlər. Burada hər ailənin öz qayıdış hekayəsi, hər evin öz yaddaşı var.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ballıca sakini Nadir Əkbərov da ailəsi ilə birlikdə doğma kəndinə dönüb, 36 il əvvəl yarımçıq qalan kənd həyatına yenidən davam edir. Həyətlərində sac üstündə bişən isti çörəyin qoxusu, bal arılarının vızıltısı və mal-qaranın səsi bu ocaqda həyatın yenidən canlandığından xəbər verir.Həyətdə sacın başında əyləşib xəmir yayan evin xanımı Tahirə Zeynalova ilə söhbətimizə elə bu isti ocağın kənarında başlayırıq. İllər sonra yenidən öz həyətində çörək bişirməyin ona nələr hiss etdirdiyini soruşuram. – Tahirə xanım, illər sonra yenidən öz həyətinizdə, öz sacınızın başında olmaq necə hissdir?– Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun, bu günləri bizə yaşatdılar. İllər sonra bu torpaqlara qayıtmaq bizim üçün sözlə ifadə olunmayacaq qədər böyük sevincdir. Bu gün 1988-ci ildə yarımçıq qoyub getdiyimiz məişət ənənələrimizi yenidən yaşadırıq. Sacda çörək bişiririk, biz buna “fətrəli” və ya “xamralı” deyirik. Həyətimizdə toyuq-cücəmiz, mal-qaramızla öz əvvəlki yaşayışımıza qayıtmışıq. İnsanın öz yurdunda, öz ocağında nəfəs almasından gözəl nə ola bilər?!Evin digər tərəfində isə Nadir Əkbərov qayğı ilə arı yeşiklərinə qulluq edir. Onun üçün arıçılıq sadəcə təsərrüfat sahəsi deyil, nəsildən-nəslə ötürülən mirasdır. 1967-ci ildə Ballıcada dünyaya göz açan Nadir kişi yeddi uşaqlı (beş qardaş, iki bacı) böyük bir ailədə böyüyüb. Uşaqlıq və gənclik illərinin ən qayğısız çağları bu kənddə keçib. Ailə qurmasından cəmi 5-6 ay ötmüşdü ki, 25 yaşlı gənc ikən 1988-ci ildə ermənilərin törətdiyi zorakılıqlar nəticəsində doğma yurdundan didərgin düşüb.– Nadir dayı, kənddən çıxdığınız o ağır günləri və sonrakı məcburi köçkünlük illərini necə xatırlayırsınız?– Buradan çıxanda əvvəlcə Xocalıya pənah apardıq, orada bizi evlə təmin etdilər. Amma fələyin acı üzü orada da yaxamızı buraxmadı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi zamanı atamla anam şəhid oldular. Onları aparıb Ağdamda dəfn elədik... Sonra Oğuz rayonunda, Gəncədə, Hacıkənd qəsəbəsində yaşadıq, daha sonra 600 ailəlik qəsəbədə məskunlaşdıq. Harada yaşasaq da, ağlımız-fikrimiz elə bu kənddə, ata-baba ocağında idi. Gedib Kəlbəcər dağlarına, Ağdama sarı baxırdım. Uzaqdan Qırxqız dağını görəndə dözə bilmirdim, ağlaya-ağlaya gedib, ağlaya-ağlaya da qayıdırdım... Hər gün dua edirdim ki, bu torpaqlar alınsın, gedib öz vətənimizdə, öz doğulduğumuz yerlərdə yaşayaq. Şükür bu günümüzə, arzumuz çin oldu. Bura bizə doğmadan da doğmadır.– Kəndə qayıdanda ilk ayaq basdığınız yer hara oldu?– Gələn kimi ilk üz tutduğum yer uşaqlığımın keçdiyi ata evimiz oldu. Bir vaxtlar gur işıqlı, ikimərtəbəli olan evimizin yerində indi dağıntılar, cəmi bir neçə daş və pilləkən qalıb. O mənzərəni görəndə içimdə qəribə hisslər bir-birinə qarışdı – həm illərin həsrəti və dağıntılara görə kədərləndik, həm də nəhayət ki, öz torpağımıza qayıtdığımız üçün böyük sevinc hissi keçirdik.Bu gün Nadir Əkbərov ömür-gün yoldaşı və oğlu ilə birlikdə doğma Ballıcada yenidən ocaq qalayır. Qızları artıq öz ailəsini qurub, Nadir babanın həyatına üç nəvə sevinci də bəxş edib. Doğma kəndin saf havası, bərəkətli torpağı və ətirli çiçəkləri illər sonra yenidən bu zəhmətkeş ailənin süfrəsinə ruzi, təsərrüfatına bolluq gətirir.– Görürəm, arıçılığa xüsusi həvəslə davam edirsiniz. Kəndin adı da elə “Ballıca”dır... – Ballıca kəndi arıçılıq üçün yaradılıb. Bizim babamıza el arasında “Ballı Məmməd” deyirdilər, ömrünü arıçılığa həsr etmişdi. Bu gün də biz onun yolunu gedirik, ocağımızın ənənəsini yaşadırıq. Bura təsərrüfat üçün çox bərəkətli yerdir. Yavaş-yavaş həm arıçılığı, həm də heyvandarlığı genişləndirəcəyik, qurub-yaradacağıq.Söhbətimizin sonunda Nadir Əkbərov bu xoşbəxt günləri onlara bəxş edən Prezident İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlığını bildirir, şəhidlərin ruhuna rəhmət, qazilərə isə cansağlığı arzulayır. İllərlə həsrətini çəkdikləri torpaqlarda yenidən ocaq qalamaq, öz ev-eşiklərini dirçəltmək Əkbərovlar ailəsi üçün dünyanın ən böyük səadətidir. Müxbir – Tahir Ağaməmmədov
Bu gün
3815 xəbər bu gün
“Hər kəsə bildirin ki, biz şayiələrə, dedi-qodulara və ya sadiqliyi bəlli olmayan trol hesablarına əhəmiyyət vermirik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Telegram” hesabında yazıb. Korrupsiyanı,…
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bərdə-Yevlax avtomobil yolunun rayonun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lexus markalı avtomobil yolu keçən Qarağacı…
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşün qısa olacağı gözlənilir. Görüşün dəqiq müddəti barədə əvvəlcədən fikir yürütməyə ehtiyac yoxdur. Redaktor.az xəbər verir ki,...
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Məlumata görə, bu gün saat 19:30-da Qazax rayonunun Aslanbəyli-Kəmərli avtomobil...
Azərbaycanın Əməkdar müəllimi, tarix elmləri doktoru, professor Nuru Məmmədov vəfat edib.
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bərdə-Yevlax avtomobil yolunun rayonun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lexus markalı avtomobil yolu keçən Qarağacı kənd…
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı mübarizə aparmaq üçün 2027-ci ildə Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək. Bu barədə Avropa İttifaqının müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubilius Brüsseldə…
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisində, Krasnodar diyarında yerləşən İlski və Afipski neft emalı zavodlarının (NEZ) vurulduğunu açıqlayıb. Ukrayna tərəfinin məlumatına görə, İlski NEZ-də yanacaq…
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib.
Bugün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi…
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən, hadisə Bərdə-Yevlax yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, adı hələ açıqlanmayan qadın sürücü yolu keçməkdə…
Kipr türkləri qərb dövlətlərinin ikili standartlarına sığınan ayrı-seçkili siyasəti ilə üzləşməkdə davam edirlər. Bunu Milli Məclisin Azərbaycan - Şimali Kipr Türk Respublikası işçi qrupunun üzvü Cavanşir Feyziyev Şimali…
O, XVIII əsrdə yaşamış ve "müasir kimyanın atası" olaraq qəbul edilen məşhur Fransız kimyaçısıdır. O, zəngin bir burjua ailəsində doğulmuşdu. Atası Paris parlamentinin nəzdində olan 400 vəkildən biri idi və oğlunun da…
Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində diqqətçəkən görüntülər qeydə alınıb. "Anadolu agentliyi"nə istinadən, sammit çərçivəsində Si Cinpinin ev sahibliyi…
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib. Bu…
Nəsimi rayonunda birlikdə kirayədə qaldıqları İsgəndər Əliyevi yatdığı yerdə qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abbasovun cinayət…
Azərbaycanda qazdan istifadənin azaldılması və elektrik enerjisinə keçid məsələsi son vaxtlar müzakirə olunan mövzulardandır. Xüsusilə ene...
Dövlət Statistika Komitəsinin “2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əlaqələri” hesabatına əsasən, hesabat dövründə Azərbaycan Bolqarıstana 272,5 milyon…
Estoniya parlamenti Rusiya ilə sərhəddəki keçid məntəqələrinin bağlanması təklifi ilə hökumətə müraciət edilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu barədə Estoniya parlamentinin rəsmi…
Bakı, 18 noyabr, AZƏRTAC Azərbaycanda fotoşəkillərimdə əks etdirdiyim ilk məkan Bakı, xüsusilə də İçərişəhər olub. İçərişəhər insana hər zaman ilham verir. Ora hər dəfə gedəndə sanki əsrlərin əvvəlki ruhunu bu gün də…
Qazax, 18 noyabr, AZƏRTACQazaxda ağır yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri xəstəxanada ölüb.AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, toqquşan avtomobillərdən birinin sürücüsü İ.Müsədirovun həyatını xilas…
Süni intellekt (Sİ) kiberməkanda həm hücum, həm də müdafiə əməliyyatlarının sürətini və miqyasını kəskin artırır
Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
Bu gün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi…
Noyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar…
Препарат обучает иммунную систему распознавать и атаковать уникальные маркеры опухолевых клеток больного.
Президент Польши Кароль Навроцкий тайно преподнес лидеру США Дональду Трампу необычный подарок на 80-летие – кресло, украшенное янтарем и американской символикой. Об этом сообщает TVN24....
Французские полицейские 17 и 18 ноября вышли на акции протеста у здания Министерства внутренних дел в Париже, потребовав повысить выплаты за риск и защитить их...
Европейский центр профилактики и контроля заболеваний (ECDC) предупредил о резком распространении в европейских больницах опасной бактерии, устойчивой к лекарствам. Она передается от пациента к пациенту и плохо поддается…
Birja
Türkər Əliyeva
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP, Zəngəzur dəhlizi) layihəsinin texniki parametrlərinin Azərbaycanla…
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Pivə içmək oynaqlarda güclü ağrı tutmaları ilə müşayiət olunan iltihabi xəstəlik – podaqranın yaranma riskini artıra bilər. Bunun səbəblərindən biri kimi pivənin tərkibində olan quanazindir. Orqanizmdə maddələr…
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında qanun pozuntularına yol verildiyi iddiası ilə açılmış məhkəmə işi üzrə hökm elan olunub. "Hürriyet" qəzetinə istinadən, məhkəmə İstanbulun həbsdə olan…
Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Moderator.az-ın xəbərinə görə, hadisə Bərdə-Yevlax avtomobil yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qadın sürücü idarə etdiyi…
"Prezident İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşən qardaş Azərbaycan xalqını və qəhrəman Azərbaycan Ordusunu şanlı Qarabağ Zəfərinin altıncı ildönümü münasibətilə Şimali Kipr türk xalqı adından bir…
ABŞ İranın dəniz blokadasını sərtləşdirərək neftin dəniz yolu ilə daşınmasına əlavə məhdudiyyətlər tətbiq edir. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Bildirilib ki, İranda…
Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Bərdə-Yevlax avtomobil yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qadın sürücünün idarə etdiyi avtomobil yolu keçən Qarağacı kənd sakini…
“Qarabağ”ın əvəzedici komandası yoxlama matçında məğlub olub. Maksim Medvedevin rəhbərlik etdiyi komanda “Akas”ın U-19 kollektivi ilə qarşılaşıb. Görüş Qazaxıstan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd…
Şimali Kipr Türk Respublikasının (ŞKTR) quruluşunun 43-cü ildönümü münasibətilə Bakıda təntənəli rəsmi qəbul və tədbir keçirilib. Tədbirdə ŞKTR-in Bakı Təmsilçisi Ufuk Turqener, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri…
Bərdə rayonunda avtomobilin vurduğu piyada aldığı xəsarətlərdən ölüb, Report xəbər agentliyi bildirib. Hadisə Bərdə–Yevlax avtomobil yolunun Saatlı kəndindən keçən hissəsində baş verib. Məlumata görə, qadın sürücü…
''Real''ın Arda Gülər ilə yeni müqavilə imzalayacağı haqda iddialar təsdiqini tapıb. Klubdan bununla bağlı rəsmi açıqlama verilib. Açıqlamada türkiyəli ulduzun müqavilə müddətinin 2032-ci ilin iyunun 30-na qədər…
“Sumqayıt” akademiyasının U-15, U-16 U-17 və U-19 komandaları üçün Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşları tərəfindən antidopinq maarifləndirmə seminarı təşkil edilib. Tədbirdə AMADA nın əməkdaşı Qüdrət…
Portuqaliya Ukraynaya əlavə F-16 qırıcı təyyarələri köçürə bilməyəcək, çünki bu təyyarələr ölkənin öz hava məkanını qorumaq üçün lazımdır. Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Portuqaliyanın xarici işlər…
Ödənişli parklanma yerlərindən istifadə zamanı müəyyən edilmiş qaydalara əməl etmək hər bir sürücünün öhdəliyidir. Parklanma qaydalarının pozulması isə qanunvericiliklə nəzərdə tutulan məsuliyyətə səbəb ola bilər. Bu…
Baş Dövlət Yol Polisi İdarəsi Qazaxda baş verən ağır qəza ilə bağlı açıqlama verib. Sfera.az bildirir ki, idarədən modern.az-a verilən məlumata görə, saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil…