Azərbaycan və Ermənistan vətəndaşları Gürcüstandan deportasiya edildi

Son günlərdə 74 xarici vətəndaş Gürcüstandan deportasiya edilib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ölkədən çıxarılan şəxslərin ölkəyə girişi qadağan olunub.

DİN-in açıqlamasında deyilir: “Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Hindistan, İordaniya, Pakistan, Cənubi Afrika, Ermənistan, Əfqanıstan, Belarus, Misir, Rusiya, Yəmən, Livan, Nigeriya, Türkiyə, Azərbaycan, Çin, Türkmənistan, Qırğızıstan və digər ölkələrin ümumilikdə 74 vətəndaşı ölkədən çıxarılıb”.