Bakı, 17 noyabr, AZƏRTAC“Böyük Qayıdış” Proqramı çərçivəsində Cəbrayıl rayonunun Soltanlı kəndinə köçürülən keçmiş məcburi köçkünlər arasında Birinci Qarabağ müharibəsinin veteranı Namiq Orucov da var.AZƏRTAC xəbər verir ki, doğma yurda qayıdış sevincini yaşayan Namiq Orucov uzun illərdən sonra kəndlərinə dönməyin onda xüsusi hisslər oyatdığını bildirib.O qeyd edib ki, doğma kəndindən ayrılarkən 23 yaşı olub, indi isə 57 yaşındadır. Bu illər ərzində ailə qurub, iki övladı, dörd nəvəsi dünyaya gəlib. İndi isə ailəsi ilə birlikdə doğma torpağa qayıdır.Namiq Orucov qayıdış sevincini bölüşərək deyib: “İnşallah, Qarabağımızda yaşamış insanların hamısına bu günlər qismət olsun. Şəhidlərimizə Allah rəhmət eləsin. Allah Prezidentimizin canını sağ eləsin ki, 33 ildən sonra bu günü bizə qismət etdi, yaşadıq. Allah hamıya qismət eləsin, köçək, öz kəndimizdə, yurdumuzda, yerimizdə məskunlaşaq”.Keçmiş məcburi köçkün doğma kəndinə qayıdışın yeni arzularını gerçəkləşdirmək üçün də imkan yaradacağını vurğulayıb: “Böyük arzularımız var. İnşallah, öz kəndimizə, öz torpağımıza qayıtdıqdan sonra arzularımızın qalanını da həyata keçirəcəyik. Allah hamıya qismət eləsin”. Fotoqraf - Orxan Kərimov