Türkiyəli müğənni və aktyor Yavuz Bingöl öd kisəsində aşkarlanan daş səbəbindən xəstəxanaya yerləşdirilib.
Türkiyə mediasına istinadən, sənətçi İstanbulda yerləşən xəstəxanalardan birində müayinə olunub.
Müayinələrdən sonra həkimlər Yavuz Bingölün öd kisəsinin əməliyyatla götürülməsinə qərar veriblər. Əməliyyatın gecə saatlarında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, sənətçi iyul ayında da öd kisəsindəki problemə görə Malatyada planlaşdırılan konsertini ləğv etmişdi.