İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın Maluku əyalətinin adaları yaxınlığında 7,1 bal gücündə zəlzələ qeydə alınıb.

Yerli seysmoloji xidmətin məlumatına görə, zəlzələnin ocağı Aru adasının cənub-qərbində yerləşib.

Yeraltı təkanlar İndoneziyanın bir sıra ərazilərində hiss olunub. İlkin məlumatlara görə, tələfat və dağıntı qeydə alınmayıb.

Sunami təhlükəsinin olmadığı bildirilib.