Bakı, 17 noyabr, AZƏRTACİndoneziyanın Maluku əyalətinin adaları yaxınlığında 7,1 bal gücündə zəlzələ qeydə alınıb.AZƏRTAC xəbər verir ki, yerli seysmoloji xidmətin məlumatına görə, zəlzələnin ocağı Aru adasının cənub-qərbində yerləşib.Yeraltı təkanlar İndoneziyanın bir sıra ərazilərində hiss olunub. İlkin məlumatlara görə, tələfat və dağıntı qeydə alınmayıb.Sunami təhlükəsinin olmadığı bildirilib.