ABŞ-nin Arizona ştatında, Qrand-Kanyon Milli Parkının şimal hissəsi yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.
Bu barədə parkın mətbuat xidməti məlumat yayıb.
"Milli Parklar Xidmətinin əməkdaşları Qrand-Kanyon Milli Parkının şimal kənarı yaxınlığında qəzaya uğramış təyyarə aşkar ediblər. Təyyarənin qalıqları Milli Parklar Xidmətinin əməkdaşları tərəfindən noyabrın 16-da saat 10:15-də körfəz ərazisində tapılıb. Sağ qalan olmayıb", - deyə Facebook-da yayılan məlumatda bildirilib.
Qeyd olunub ki, göyərtəsində üç nəfərin olduğu təyyarənin itkin düşməsi barədə məlumat Qrand-Kanyonun rabitə mərkəzinə Moskva vaxtı ilə saat 09:30-da daxil olub. Hadisənin təfərrüatları açıqlanmayıb.