Ronaldonun anası Portuqaliyanın məğlubiyyətinə sevindi

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldonun anası Dolores Aveyru komandasının Millətlər Liqasında Danimarkaya 1:4 hesabı ilə məğlub olmasına münasibət bildirib.

O, bu nəticədən məmnun qaldığını gizlətməyib.

Aveyru bildirib ki, oğlu komandada lazımi hörməti görməyib və baş verənlərdən məyus olub.

“Ronaldo üzülüb, çünki hər şeyin fərqli olmasını istəyirdi. Onu aldatdılar. Mən də məyusam. Portuqaliyanın məğlub olmasına sevindim. Onlar Kriştianoya hörmət etmədilər, hətta komanda yoldaşlarının da ona münasibəti düzgün deyildi”, – deyə o bildirib.

Qeyd edək ki, Braqa şəhərində keçirilən qarşılaşmada Danimarka Portuqaliyaya 4:1 hesabı ilə qalib gəlib. Portuqaliya 12 xalla qrup lideridir və artıq pley-offun 1/4 final mərhələsinə vəsiqəni təmin edib. Danimarka 9 xalla ikinci, Norveç isə 6 xalla üçüncü yerdədir.

Xatırladaq ki, Ronaldo noyabrın 5-də Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.