ABŞ 18 aydır Meksika sərhədində saxlanılan qanunsuz miqrantları azad etmir

ABŞ hakimiyyəti son 18 ay ərzində Meksika ilə sərhəddə saxlanılan qanunsuz miqrantların heç birini sərbəst buraxmayıb.

Bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, sərt immiqrasiya siyasəti nəticəsində sərhədi qanunsuz keçmə və saxlanılma hallarının sayı son 30 ildən artıq müddətdə görünməmiş səviyyəyə enib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan sonra immiqrasiya siyasətini sərtləşdirib. O, Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edib və ölkə tarixində ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bildirib.