Avropa Komissiyası (AK) Ukraynaya pilotsuz uçuş aparatları, raketlər, döyüş sursatları və hava hücumundan müdafiə sistemlərinin alınması üçün 1,76 milyard avro vəsait ayırıb.
Bu barədə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari bu gün Brüsseldə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, vəsait Ukraynaya 90 milyard avroluq maliyyə dəstəyi proqramı çərçivəsində köçürülüb.
Uyvari qeyd edib ki, ayrılan vəsait hesabına ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər almaq mümkün olmayacaq. Çünki bu maliyyələşmə çərçivəsində alınacaq bütün silah və hərbi texnika Avropa İttifaqı ölkələrində və Ukraynada istehsal edilməlidir.