Azərbaycan milli komandası tarixində ilk dəfə UEFA Millətlər Liqasında qrup qalibi olaraq AFFA-ya pul mükafatı qazandırıb.
D Liqasında iştirak edən hər bir yığmaya 750 min avro ayrılır. Lixtenşteyni səfərdə 1:0 hesabı ilə məğlub edərək qrup liderliyini rəsmiləşdirən millimiz qalib kimi əlavə olaraq daha 750 min avroya sahib çıxıb.
Beləliklə, yığmamız ümumilikdə 1,5 milyon avro (təxminən 3 milyon manat) gəlir əldə edib. Bu vəsait futbolçulara deyil, birbaşa milli assosiasiyaya ödənilir. (Offsideplus.az)