Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.
Məktubda İlham Əliyev Fələstinin milli bayramı münasibətilə Mahmud Abbası və onun simasında bütün Fələstin xalqını təbrik edib.
Azərbaycan Prezidenti məktubunda Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərə böyük əhəmiyyət verildiyini bildirib.
O qeyd edib ki, Azərbaycan Fələstin məsələsində həmrəylik nümayiş etdirir və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını, problemin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
İlham Əliyev Azərbaycanın bundan sonra da Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyini vurğulayıb.
Prezident həmçinin Mahmud Abbası ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, xoşbəxtlik, Fələstin xalqına isə əmin-amanlıq və rifah arzulayıb.