ABŞ Prezidenti Donald Tramp İranla müharibənin hərbi baxımdan faktiki olaraq başa çatdığını və ABŞ-nin müharibəni udduğunu bildirib.

Tramp buna baxmayaraq, ABŞ-nin Yaxın Şərqdə hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətində saxladığını və bunun ölkə büdcəsinə milyardlarla dollara başa gəldiyini deyib.

Tramp bildirib ki, ABŞ tam qələbə əldə etməlidir: “Biz qalib gəldik. İndi məsələ bunun nə vaxt başa çatdırılacağıdır. Biz tam qələbə əldə etməliyik. 93 faizlik deyil, tam qələbə”.

Tramp həmçinin ABŞ-nin Yaxın Şərqdə müdafiə etdiyi müttəfiqlərin müharibə ilə bağlı bütün xərcləri ABŞ-yə geri ödəyəcəyini deyib.