Tbilisi, 14 noyabr, AZƏRTAC Avropa Siyasi Birliyi qısa müddətdə Avropa qitəsində ən geniş siyasi müzakirə və əməkdaşlıq platformasına çevrilib. İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Sammit bu formatın aktual əhəmiyyətini bir daha təsdiqləyir. Tədbirin gündəliyinə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya bağlantıları, regional sabitlik və qlobal çağırışların həlli kimi strateji məsələlər daxil edilib. Bu prioritetlər Azərbaycanın son illərdə uğurla həyata keçirdiyi xarici siyasət kursu ilə tam şəkildə üst-üstə düşür.Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı ölkəmizin Avropa ilə dialoqu ən yüksək səviyyədə və birbaşa formatda apardığını nümayiş etdirir. Bu təmsilçilik həm ikitərəfli tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi, həm də çoxtərəfli müstəvidə milli maraqlarımızın qətiyyətlə müdafiə olunması baxımından mühüm əhəmiyyət daşıyır.Son dövrlərdə Avropa ölkələrinin Azərbaycana olan marağının sistemli şəkildə artması müşahidə olunur. Bu tendensiya təkcə enerji amili ilə məhdudlaşmır; bu maraq ölkəmizin beynəlxalq münasibətlər sistemində artan geosiyasi çəkisi, regional və qlobal proseslərdə oynadığı fəal rol, eləcə də Prezident İlham Əliyevin beynəlxalq miqyasdakı yüksək nüfuzu ilə şərtlənir. Bunun əyani sübutu kimi, Avropa İttifaqının rəhbər şəxslərinin Bakıya ardıcıl səfərlərini qeyd etmək kifayətdir. Eyni zamanda, Davos, Münxen və digər nüfuzlu qlobal forumlarda Azərbaycan Prezidenti ilə görüşlərin qarşı tərəfin təşəbbüsü ilə təşkil olunması ölkəmizin artıq təşəbbüskar, dialoqa dəvət edən deyil, birbaşa dialoqa dəvət olunan nüfuzlu tərəfdaş olduğunu təsdiqləyir.Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıqdan danışarkən enerji və nəqliyyat amilləri xüsusi qeyd olunmalıdır. Bu amillər ikitərəfli tərəfdaşlıqda həlledici yer tutur. 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qaldırıb. Hazırda Azərbaycan qazı 16 ölkəyə, o cümlədən Aİ-nin 10 üzv dövlətinə ixrac olunur və bu coğrafiya mütəmadi olaraq genişlənir.Bununla yanaşı, yaşıl enerji keçidi, nəqliyyat və loqistika sahələri də prioritet istiqamətlər sırasındadır. Xəzər dənizinin zəngin külək enerjisi potensialı, günəş enerjisi layihələri, Mərkəzi Asiya ilə yaşıl enerji dəhlizlərinin yaradılması və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihələri Azərbaycanı Avropanın yaşıl enerji təhlükəsizliyində əvəzedilməz tərəfdaşa çevrir.Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri isə Azərbaycanın Avropa ilə Asiya arasında strateji tranzit mərkəzi kimi rolunu daha da gücləndirir.Bütün bu nailiyyətlərin təmərküzləşdiyi əsas məqam qətiyyətli lider faktorudur. Lider faktoru və çoxtərəfli diplomatiyada qazanılan uğurlar bu layihədə xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının uzaqgörən siyasəti, həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara əsaslanan daxili və xarici kurs beynəlxalq birliyin diqqət mərkəzindədir.Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin təsis olunduğu gündən etibarən bu platformanın işində fəal təmsil olunub. 2026-cı ilin mayında İrəvanda keçirilmiş 8-ci Sammitdə dövlətimizin başçısının videobağlantı formatında çıxışı isə Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüslərinə sadiqliyini bir daha nümayiş etdirib.Dublin Sammiti çərçivəsində Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti və bir sıra dövlət və hökumət başçıları ilə keçirdiyi ikitərəfli görüşlər Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətindəki mövqeyimizin çatdırılması üçün mühüm imkan yaradıb. Xüsusilə Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi ikitərəfli münasibətlərin institusional təmərlərini daha da möhkəmləndirib.Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin Sammitinə ev sahibliyi etməsi barədə qərar ölkəmizin beynəlxalq miqyasdakı nüfuzunun və çoxtərəfli diplomatiyadakı qətiyyətli rolunun növbəti təsdiqidir. 2028-ci ilin mayında Bakıda keçiriləcək bu mötəbər tədbir Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunu daha da dərinləşdirməsi və yeni əməkdaşlıq üfüqləri açması baxımından tarixi bir mərhələ olacaq. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi
Bu gün
1661 xəbər bu gün
Yaponiya millisi yoxlama oyununda Braziliya yığmasını məğlub edib. Bu gün keçirilən qarşılaşma yaponların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərinin…
ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin Çində üçtərəfli görüşü planlaşdırılır. Bu barədə “New York Post” nəşri yazıb. Məlumata görə, liderlərin danışıqları noyabrın 19-da…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, nüfuzunun artmasına və dünyanın aparıcı…
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-1 tipli kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb. Bu barədə IRNA agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH)...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi…
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma…
ABŞ üçün İranla münaqişədə qələbə Tehranın nüvə silahı yaratmaq üçün maliyyə və texnoloji imkanlardan birdəfəlik məhrum edilməsindən ibarət olacaq. Tribuna.az bildirir…
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ağır itki üz verib. Onun anası Fatma xanım vəfat edib.Mərhum bu gün Mehdiabad qəsəbəsində dəfn olunub.Allah rəhmət eləsin!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli fırtınalı şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Xəbərdarlığa əsasən, noyabrın 15-i…
Dublin Sammitinin əsas müzakirə mövzularından olan beynəlxalq bağlantılar məsələsi Azərbaycan üçün xüsusi strateji əhəmiyyət daşıyır. Bunu açıqlamasında Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin (ASB)…
2027-ci ilin dövlət büdcəsində özəlləşdirmədən daxilolmalar üzrə proqnozun artırılmasına baxmayaraq, özəlləşdirmədən yaranmış böyük həcmli borc qalıqları inzibatçılığın gücləndirilməsi hesabına büdcəyə əlavə vəsaitlərin…
Azərbaycanın qadınlardan ibarət basketbol millisi İrlandiyaya qarşı oyunda müdafiədə çox zəif çıxış edib. Bunu Azərbaycan yığmasının baş məşqçisi İoannis Diamantakos deyib. Azərbaycan Basketbol Federasiyasının mətbuat…
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 150 min 739 tona yaxın aviasiya yanacağı (kerosin) istehsal edib. Bu barədə "Report" Türkiyənin Enerji…
Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə "Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı…
Bakı, 14 noyabr, AZƏRTAC Nar milli mətbəximizdə və ailə ənənələrimizdə xüsusi yer tutur, Azərbaycan xalqının özünəməxsusluğunu və mədəni irsini təcəssüm etdirir.Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Rəqs…
Bakı, 14 noyabr, AZƏRTAC Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin və Nərimanov Rayon İcra…
Tbilisi, 14 noyabr, AZƏRTACAvropa Siyasi Birliyi qısa müddətdə Avropa qitəsində ən geniş siyasi müzakirə və əməkdaşlıq platformasına çevrilib. İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Sammit bu formatın aktual…
Bakı, 14 noyabr, AZƏRTAC Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində bir sıra su təsərrüfatı layihələrinin icra vəziyyəti ilə tanış olub.Bu barədə AZƏRTAC-a…
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli fırtınalı şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ağır itki üz verib.
Abşeronda tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Aktrisa Pərvin Abıyeva arıq qalması ilə bağlı suallara aydınlıq gətirib. Sənətçi “MTV Maqazin”ə açıqlamasında pəhriz və idmanla əlaqəli olmadığını bildirib. Pərvin bunun səbəbinin səhhətindəki problemlə bağlı olduğunu…
Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada həyatını itirən qazi Hüseynalı Hüseynəliyev dəfn edilib. Ehtiyatda olan kapitan, qazi H.Hüseynalıyev Naxçıvan şəhər qəbiristanlığında…
MMA döyüşçüsü, gürcüstanlı Merab Dvalişvili rusiyalı həmkarı Usman Nurməhəmmədova və onunla davada iştirak etmiş digər şəxslərə qarşı heç bir ittiham irəli sürmədiyini bildirib.
Dünyaca məşhur kanadalı müğənni Avril Lavin 42 yaşında ilk dəfə ana olub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ağır itki üz verib. Onun anası Fatma xanım vəfat edib. Mərhum bu gün Mehdiabad qəsəbəsində dəfn olunub.
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ağır itki üz verib. "Qafqazinfo"ya istinadla, onun anası Fatma xanım vəfat edib. Mərhum bu gün Mehdiabad qəsəbəsində dəfn olunub.
Almaniyanın avtomobil istehsalçısı "Audi" cəmi 499 ədəd istehsal ediləcək 987 at gücünə malik hibrid avtomobili "Nuvolari"nin ABŞ-də 700 min dollardan satışa çıxarılacağını təsdiqləyib. Qafqazinfo-ya istinadən, model…
“Onun formalaşdıracağı nəqliyyat bağlantıları Avropa, Yaxın Şərq və daha geniş mənada Afrika istiqamətində yeni logistika imkanları yarada bilər...” Ermənistan parlamenti noyabrın 12-də Zəngəzur yolu (“TRIPP” – “Trampın…
Abşeronda tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə keçirilən prosesdə…
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin yanvar-sentyabr aylarında bank sektorunda izafi likvidliyin idarə olunması məqsədilə not hərraclarını və depozit əməliyyatlarını aktiv şəkildə…
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ağır itki üz verib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli fırtınalı şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Иран раскритиковал доклады МАГАТЭ о своей ядерной программе, заявив о технических и юридических недостатках резолюций, на которых они основаны.
В Нахчыване продолжается реализация проектов, призванных улучшить водоснабжение сельскохозяйственных земель и модернизировать оросительную инфраструктуру. Ход работ на нескольких объектах проверил председатель…
Развод сооснователя компании Nvidia Дженсена Хуанга с супругой Лори может стать самым дорогим в мире и обойтись более чем в 70 миллиардов долларов.
На сайте англоязычной газеты Azernews опубликован материал, посвященный вопросам водной безопасности Азербайджана и перспективам сотрудничества с Арменией в сфере управления трансграничными реками. Day.Az представляет…
В 2027 году наибольшую долю расходов государственного бюджета Азербайджана планируется направить на экономическую деятельность. На это направление предусмотрено 8 миллиардов 907,3 миллиона манатов, или 21 процент от…